Fransa mətbuatına istinadən xəbər verilir ki, zədədən əziyyət çəkən hər iki oyunçu milli komandanın son iki məşqində iştirak etməyib. Bu səbəbdən onların meydana çıxması sual altındadır.
Daha əvvəl Bredli Barkolyanın eyni səbəbdən Azərbaycan və İslandiya ilə matçlarda oynamayacağı dəqiqləşib. Onun əvəzinə komandaya "Lans"ın hücumçusu Floryan Toven dəvət edilib.
Seçmə mərhələdə oktyabrın 10-da Azərbaycan millisini qəbul edəcək Fransa yığması həmin oyundan 3 gün sonra səfərdə İslandiyanın qonağı olacaq.
