Sizin reklam burada
Sizin reklam burada
  • Milan Şəhər Şurası “San-Siro”nun gələcəyi ilə bağlı müzakirələrə başlayıb

    Milan Şəhər Bələdiyyə Şurası “San-Siro” kimi məşhurlaşan “Giuseppe Meazza” stadionunun və ətraf ərazilərin “İnter” və “Milan” klublarına satılması ilə bağlı qərarı müzakirə etməyə başlayıb.

    “San-Siro”nun gələcəyi ilə bağlı qərarda konsensus əldə olunması və satışa “hə” cavabının çıxması gözlənilir. Şuranın iclası qeyri-müəyyən müddətə çağırılıb.

    Ümumilikdə 1,2 milyard avroluq layihə çərçivəsində stadionda təmir-bərpa işlərinin aparılması və tamaşaçı tutumunun artırılması nəzərdə tutulur. Yeni stadionun 2031-ci ilədək hazır olması planlaşdırılır.

    Qeyd edək ki, stadionunun gələcəyinə dair “İnter” və “Milan” klubları arasında aparılan danışıqlar fonunda yaranan qeyri-müəyyənlik səbəbindən UEFA 2027-ci ildə Milanda keçiriləcək Çempionlar Liqasının finalını ləğv edib.

    Milan şəhərinin iki futbol klubu - “İnter” və “Milan” ev oyunları və digər turnirlər üzrə matçlarını “San-Siro” stadionunda keçirir. 1926-cı ildə istifadəyə verilmiş “San-Siro” 75 mindən çox tamaşaçı tutumu ilə onu İtaliyanın ən böyük stadionudur və Avropada isə ən böyük stadionlardan biridir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ