Sizin reklam burada
Sizin reklam burada
  • İngiltərə klubunun futbolçusu reanimasiyaya yerləşdirilib

    İngiltərənin “Çiçester Siti” komandasının futbolçusu Billi Viqar ciddi kəllə-beyin travması səbəbindən xəstəxanaya yerləşdirilib.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Hadisə sentyabrın 20-də İngiltərə regional liqasında keçirilən qarşılaşmada baş verib. İlkin ehtimallara görə, 21 yaşlı hücumçu beton divara çırpılaraq xəsarət alıb.

    Viqarın hazırda reanimasiyada süni koma vəziyyətində saxlanıldığı, bərpa prosesinin uzun çəkəcəyi bildirilib.

    Qeyd edək ki, Billi Viqar “Arsenal”ın yetirməsidir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ