Sizin reklam burada
Sizin reklam burada
  • Tahir Gözəl: Bu zəfər birlik hesabına qazanıldı

    Bu qələbəni Prezident İlham Əliyevə həsr edirik.

    Bu sözləri "Qarabağ" klubunun prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika”ya (Portuqaliya ) 3:2 hesabı ilə qalib gəldikləri I tur oyunundan sonra hava limanında jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, "Benfika" kimi güclü komandanı udmaq böyük hissdir: "Bütün xalqımızı təbrik edirəm. Bu uğur klubdakı birlik sayəsində ərsəyə gəldi. "Benfika" son 9 oyun idi məğlub olmurdu. Biz onları üstələməyi bacardıq".

    Qeyd edək ki, “Qarabağ” Portuqaliyadakı qarşılaşmada 0:2 hesabı ilə geri düşsə də, üç qol vuraraq əzmkar qələbə qazanıb – 3:2. Bu, Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələlərində ilk qələbəsi olub.

    Ağdam təmsilçisi Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ