Əvvəlcə meydana "İmişli" və "Sumqayıt" komandaları çıxacaq. Quba Olimpiya İdman Kompleksinin stadionunda reallaşacaq görüş saat 16:30-da başlayacaq. "Kimyaçılar" 7 xalla üçüncü, nominal ev sahibləri 4 xalla altıncı pillədədir.
Günün ikinci qarşılaşmasında "Turan Tovuz" "Azərsun Arena"da "Qəbələ"ni sınağa çəkəcək. Matç 19:00-da start götürəcək. Tovuz təmsilçisi 6 xalla dördüncü, "qırmızı-qaralar" isə 1 xalla on birinci yerdə qərarlaşıb.
Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Kəpəz"i 2:0 hesabı ilə üstələyib. "Qarabağ" - "Zirə" (1:1) görüşü heç-heçə ilə yekunlaşıb.
