Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi də beynəlxalq mükafatın nominantları arasında finala yüksəlib.
Qeyd edək ki, Ali Münsiflər Heyətinin qiymətləndirməsindən sonra ilkin mərhələdə 37 ölkədən 600-dən çox namizəd arasından 170-i seçilib. Ardınca final mərhələsinə 23 kateqoriya üzrə vəsiqə qazanan 74 namizəd arasında Gənclər və İdman Nazirliyi də yer alıb.
Nazirlik “Gənclərə hədəflənmiş ən yaxşı kommunikasiya — Gəncləri və yeni layihələri dəstəkləyən ən yaxşı kommunikasiya proqramı” kateqoriyasında nominantlar arasındadır. Builki mövzusu “Həyat keyfiyyəti üçün kommunikasiya” olan mükafatın qaliblərinin adları Şarjada keçiriləcək 14-cü Beynəlxalq Hökumət Kommunikasiyası Forumunun (IGCF 2025) bağlanış mərasimində elan ediləcək.
