Sizin reklam burada
Sizin reklam burada
  • Seçmə mərhələ: Azərbaycan millisi Portuqaliyaya məğlub olub

    21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

    B qrupunda yer alan yığma Portuqaliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Barseluş şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qeyd edək ki, U-21 millimiz qrupda ikinci görüşünü sentyabrın 9-da, Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ