Sizin reklam burada
Sizin reklam burada
  • Bu gün Türkiyə klubları avrokuboklarda cavab oyunlarını keçirəcək

    Türkiyənin üç komandası – “Samsunspor”, “Beşiktaş” və “Başakşəhər” avrokuboklarda cavab oyunlarına çıxacaq.

    Avropa Liqasında mübarizə aparan Samsun klubu səfərdə 1:2 hesabı ilə məğlub olduğu Yunanıstanın “Panatinaikos” kollektivini qəbul edəcək.

    Konfrans Liqasında çıxış edən “Beşiktaş” birinci qarşılaşmada qollu heç-heçə (1:1) etdiyi İsveçrə “Lozanna”sı ilə İstanbulda üz-üzə gələcək. Turnirdə digər komanda "Başakşəhər" isə səfərdə Rumıniyanın "Universitatea Krayova” klubunun qonağı olacaq. İlk görüşdə rumınlar qələbəyə seviniblər – 2:1.

    “Samsunspor” ilə “Beşiktaş”ın oyunları Bakı vaxtı ilə saat 21:00-da, “Başakşəhər”in görüşü isə 21:30-da başlayacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ