Sizin reklam burada
Sizin reklam burada
  • Çempionlar Liqası: Bu gün Liqa mərhələsinin son 4 iştirakçısı bəlli olacaq

    Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

    Bununla da Liqa mərhələsinə son 4 vəsiqənin sahibi bəlli olacaq.

    Günün ilk matçında "Qarabağ" Bakıda Macarıstanın "Ferensvaroş" kollektivini qəbul edəcək.

    Türkiyənin "Fənərbağça" klubu Portuqaliyada "Benfika"nın qonağı olacaq. İstanbuldakı ilk görüş qolsuz heç-heçə ilə başa çatıb.

    Bundan başqa, "Brügge" Belçikada Şotlandiyanın "Reyncers", "Kopenhagen" isə Danimarkada İsveçrə "Bazel"ini sınağa çəkəcək.

    İlk oyun günündə Qazaxıstanın "Kayrat", Norveçin "Budyo/Qlimt" və Kiprin "Pafos" klubları turnirin Liqa mərhələsinə vəsiqə qazanıb.

    UEFA Çempionlar Liqası

    Pley-off mərhələsi, cavab görüşləri

    27 avqust

    20:45. "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan)

    İlk oyun - 3:1

    23:00. "Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə)

    İlk oyun - 0:0

    23:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə)

    İlk oyun - 1:1

    23:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya)

    İlk oyun - 3:1

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ