Bunu Gənclər və İdman Nazirliyinin Maddi Texniki Təchizat şöbəsinin müdiri Elmir Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə Gəncə şəhər stadionunun ərazisi əvvəllər 8.7 hektar idi:
“Hazırda ərazi 12 hektardan çox genişləndirilir. Həm azərkeşlərin, həm də futbolçuların təhlükəsiz giriş-çıxışı təmin olunub. Bina müasir üslubda inşa edilib. Bu da Gəncə şəhərinin ümumi görnüşünə gözəllik qatır”.
E.Mehdiyev qeyd edib ki, stadionda 13300-dən artıq tamaşaçılar üçün yer ayrılıb:
“Fiziki imkanları məhdud şəxslər üçün də ayrıca yerlər nəzərdə tutulub. Stadion UEFA-nın 4-cü kateqoriya standartlarına da uyğundur. İşıqlandırma və səs sistemləri, fitness zal, restoran, kafelər, bilet satışı məntəqələri də yüksək keyfiyyətli təchiz olunub”.
