Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın futbol millisi Füzuli və Şuşa şəhərlərinə səfər edib

    Azərbaycanın qadınlardan ibarət milli futbol komandası “Zəfər yolu” sosial layihəsi çərçivəsində Füzuli və Şuşa şəhərlərinə səfər edib.

    Onlar səfər zamanı Füzuli şəhər sakinləri ilə görüşüb, Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblə və məktəb şagirdləri ilə tanış olublar. Tanışlıq zamanı qadın futbolçular ilə 1 nömrəli məktəbin şagirdləri arasında məktəbin meydançasında simvolik məşq, penalti yarışması keçirilib. Milli komanda daha sonra, Şuşa qalasını, Cıdır düzünü də ziyarət edib.

    Səfərin əsas məqsədi, qadın futbolunun nüfuzunun ictimaiyyət arasında artırılması və təbliğinin aparılmasını təmin etməkdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ