Sizin reklam burada
Sizin reklam burada
  • Misli Premyer Liqasında ilk turun hakim təyinatları açıqlanıb

    Futbol üzrə Misli Premyer Liqasında 2025-2026-cı illər mövsümünün ilk turunun təyinatları açıqlanıb.

    “Karvan-Yevlax” və “Qəbələ” komandaları arasında keçiriləcək açılış matçı FIFA referisi Əliyar Ağayeva tapşırılıb.

    Bağlanış oyunu olan “Zirə” – “Araz-Naxçıvan” görüşü isə Cavid Cəlilova həvalə olunub.

    Misli Premyer Liqası

    I tur

    15 avqust (cümə)

    17:00. “Karvan-Yevlax” – “Qəbələ”

    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.

    VAR: Rəşad Əhmədov.

    AVAR: Kamran Bayramov.

    Hakim-inspektor: Asim Xudiyev.

    AFFA nümayəndəsi: Mübariz Hüseynov.

    Şamaxı şəhər stadionu

    16 avqust (şənbə)

    17:00. “İmişli” – “Turan Tovuz”

    Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov.

    VAR: Tural Qurbanov.

    AVAR: Eyyub İbrahimov.

    Hakim-inspektor: Ramil Diniyev.

    AFFA nümayəndəsi: Eldəniz Musayev.

    Şamaxı şəhər stadionu

    20:00. “Neftçi” – “Şamaxı”

    Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.

    VAR: İnqilab Məmmədov.

    AVAR: Şirmamed Mamedov.

    Hakim-inspektor: Babək Quliyev.

    AFFA nümayəndəsi: Rüfət Əmirov.

    “Neftçi Arena”

    17 avqust (bazar)

    20:30. “Sumqayıt” – “Kəpəz”

    Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.

    VAR: Rauf Cabarov.

    AVAR: Rahil Ramazanov.

    Hakim-inspektor: Anar Salmanov.

    AFFA nümayəndəsi: Elçin Mehtiyev.

    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

    18 avqust (bazar ertəsi)

    20:00. “Zirə” – “Araz-Naxçıvan”

    Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov.

    VAR: Nicat İsmayıllı.

    AVAR: Asiman Əzizli.

    Hakim-inspektor: Ömər Paşayev.

    AFFA nümayəndəsi: Seymur Səlimli.

    Zirə İdman Kompleksinin stadionu.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ