Sizin reklam burada
Sizin reklam burada
  • Kriştiano Ronaldo “Əl-Nasr”da het-trik edib

    Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubunda çıxış edən Kriştiano Ronaldo Portuqaliyanın “Rio Ave” komandası ilə yoldaşlıq görüşündə het-trikə imza atıb.

    Portuqaliyalı hücumçu 44, 63 və 68-ci dəqiqələrdə fərqlənib. Üçüncü qolunu Ronaldo penaltidən vurub.

    Ronaldo bu mövsüm ərzində iki yoldaşlıq oyununda ümumilikdə 4 qol qeydə alıb. İyulun 30-da Fransanın “Tuluza” komandası ilə keçirilən oyunda da o, komandasına 2:1 hesabı ilə qələbə qazandırmışdı.

    “Əl-Nasr” – “Rio Ave” görüşü 4:0 hesabı ilə yekunlaşıb. Qarşılaşmanın ilk qolunu isə fransalı müdafiəçi Mohamed Simakan vurub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ