İkinci oyun günündə altı qarşılaşma təşkil olunub.
Türkiyə təmsilçisi “Fənərbağça” Niderlandda “Feyenoord”un qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri olan "Ludoqorets” (Bolqarıstan) və “Ferensvaroş” (Macarıstan) komandalarının ilk duelində isə qapılara qol vurulmayıb.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
6 avqust
19:00. “Kayrat” (Qazaxıstan) - “Slovan” (Slovakiya) - 1:0
21:00. “Zalsburq” (Avstriya) - “Brügge” (Belçika) - 0:1
21:30. “Ludoqorets” (Bolqarıstan) - “Ferensvaroş” (Macarıstan) - 0:0
22:30. “Lex” (Polşa) - “Srvena Zvezda” (Serbiya) - 1:3
23:00. “Feyenoord” (Niderland) - “Fənərbağça” (Türkiyə) - 2:1
23:00. “Nitsa” (Fransa) - “Benfika” (Portuqaliya) - 0:2
Qeyd edək ki, III raundun cavab matçları avqustun 12-də keçiriləcək.
