Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın ağırlıqqaldırma komandası Avropa birinciliyində 3-cü olub

    İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş U-15 və yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi başa çatıb.

    Azərbaycan Ağırlıqqaldırma Federasiyasından verilən məlumata görə, qitə miqyaslı yarışda mübarizə aparan 15 yaşadək atletlərdən ibarət komanda üçüncü yeri tutub.

    Musab Məmmədtağıyev, Lətif Əliyev və Muhəmmədəli Məmmədzadənin qazandığı 3 qızıl və 4 gümüş medal sayəsində Azərbaycan komandası İspaniya, Polşa və Bolqarıstan kimi kollektivləri qabaqlayıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ