Sizin reklam burada
Sizin reklam burada
  • Elşad Musayev "Loru" futbol komandasını təltif etdi

    Bu gün Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev "Qərbi Azərbaycan Kuboku" mini futbol turnirində qazandıqları qələbəyə görə "Loru" komandasını Fəxri Fərmanla təltif etdi.

    "Atributinfo.az"ın BAP mətbuat xidmətindən aldığı məlumatda bildirilir ki, tədbiri giriş sözü ilə açan millət vəkili Elşad Musayev öncə tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışın vacibliyindən və bu istiqamətdə dövlətimizin apardığı uğurlu siyasətdən danışdı, sonra komanda üzvlərini qazandıqları qələbəyə görə təbrik etdi, uğurlar arzuladı.

    Yemək süfrəsi arxasında davam edən görüşdə "Loru" futbol komandasının rəhbərliyi Vüqar Hacıyev və Elman Məmmədov Elşad Musayevə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ