Sizin reklam burada
Sizin reklam burada
  • “Neftçi” Polşada ilk yoxlama görüşünə çıxır

    Yeni mövsümə hazırlıqlarını Polşada davam etdirən “Neftçi” bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək.

    Samir Abasovun başçılıq etdiyi kollektiv İsrailin “Hapoel” (Təl-Əviv) klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

    Xatırladaq ki, hazırlıq prosesi çərçivəsində “ağ-qaralar” daha üç sınaq görüşü keçirəcək. Paytaxt təmsilçisi iyulun 22-də Polşanın “Termalika”, iyulun 27-də Yunanıstanın “Asteras”, avqustun 1-də isə Kiprin AEL komandası ilə üz-üzə gələcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ