Sizin reklam burada
Sizin reklam burada
  • “Zəfər Kuboku” karate turniri öncəsi görüləcək işlər və ümumi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb

    15 saylı Yasamal birinci seçki dairəsindən seçilən Milli Məclisin deputatı, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə 3 iyul saat 19:00-da Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, iclasda məşqçi-müəllimlər, hakimlər və klub rəhbərləri iştirak ediblər. Görüş zamanı federasiyanın qarşıdakı fəaliyyət planı, təşkilati məsələlər, həmçinin “Zəfər Kuboku” karate turniri öncəsi görüləcək işlər və ümumi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələr nəticəsində idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi, yarışların təşkili, hakimlik meyarları və klub fəaliyyətləri ilə bağlı vacib tövsiyələr və tapşırıqlar verilib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ