Sizin reklam burada
Sizin reklam burada
  • Klublararası dünya çempionatında 1/4 final cütləri bəlli olub

    ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.

    Bu raundun son iki oyunundan sonra 1/4 finalın bütün cütləri bəlli olub.

    Yarımfinala gedən yolda Almaniya təmsilçilərindən “Borussiya Dortmund” İspaniyanın “Real Madrid”, "Bavariya" Fransanın PSJ komandası ilə üz-üzə gələcək.

    Braziliya klublarından isə "Fluminense" Səudiyyə Ərəbistanının "Əl-Hilal", "Palmeyras" İngiltərənin "Çelsi" kollektivi ilə qarşılaşacaq.

    Bu mərhələnin matçlarına iyulun 4-də start veriləcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ