Sizin reklam burada
Sizin reklam burada
  • Futbol üzrə Türkiyə millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılıb - RƏSMİ

    Türkiyə Futbol Federasiyası (TFF) A milli komandanın baş məşqçisi Vinçentso Montella ilə müqavilənin müddətini uzadıb.

    İtaliyalı mütəxəxssis üçün imza mərasimi təşkil olunub. Yeni anlaşmaya əsasən, 51 yaşlı çalışdırıcı 2028-ci ilin iyul ayınadək “ay-ulduzlular”ın sükanı arxasında olacaq.

    Qeyd edək ki, 2023-cü ilin sentyabr ayından Türkiyə millisinə başçılıq edən Vinçentso Montellanın əvvəlki müqaviləsinin müddəti gələn ilin yayında başa çatmalı idi.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ