
"Qızıl top" un yeddi qat qalibi ondan gözlənilən hər şeyi nümayiş etdirərək ölkəsini dünya çempionatının üçüncü qalibi olmağa gətirib çıxarıb.
Pitt deyib: "O, heyrətamizdir! Mən onu sevirəm. Bir turist olaraq onu yenidən görmək üçün qaçardım. Onu 2022-ci il dünya çempionatında görəndə düşündüm: "Tamam, indi başa düşdüm”.
Pitt amerikan futboluna üstünlük verir, lakin tarixin ən böyük idmançısı ilə bağlı mübahisədə Messini gözardı etmək sadəcə mümkün deyil.