Dördüncü yarış günündə Azərbaycanın daha bir idmançısı mübarizəyə start verəcək.
81 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Tçkayev 1/16 finalda Pavel Drjimal (Polşa) - Jianqnan Vanq (Çin) cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Milli komanda, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
