Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan voleybol milliləri növbəti oyunlarına çıxıblar

    Azərbaycanın voleybol yığmaları növbəti oyunlarına çıxıblar.

    Qadınlardan ibarət milli Qızıl Avropa Liqasında Xorvatiya ilə qarşılaşıb.

    Zadar şəhərində keçirilən matç rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Komanda daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqroya 1:3 hesabı ilə məğlub olub.

    Kişilərdən ibarət yığma isə Gümüş Avropa Liqasında Lüksemburqa 0:3 hesabı ilə uduzub. Daha öncə İsveçə 0:3 hesabı ilə məğlub olan milli Gürcüstan seçməsini üstələyib – 3:0.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ