Sizin reklam burada
Sizin reklam burada
  • Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib

    Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib.

    Federasiyadan bildirilib ki, “Şüa” İdman Kompleksində keçirilən yarışda paytaxt idmançıları ilə yanaşı, digər şəhər və rayonların stolüstü tennisçiləri 4 gün ərzində qüvvələrini sınayacaqlar.

    Çempionatda komanda, şəxsi, qoşa və qarışıq qoşa yarışlarında qalib və mükafatçılar müəyyənləşəcək.

    Nəticələrə əsasən milli komandanın heyətinə cəlb olunacaq idmançılar beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

    Azərbaycan çempionatına mayın 17-də yekun vurulacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ