Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan Velosiped Federasiyasının prezidenti istefa verib

    Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev postundan ayrılıb.

    Bu barədə qurumun baş katibi Elnarə Musayeva məlumat verib. Onun sözlərinə görə, M. Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işləri ilə əlaqədar bu qərarı verib.

    Elnarə Musayeva yaxın günlərdə federasiya prezidentliyi üçün yeni seçkilərin olacağını söyləyib.

    Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından bu vəzifəni yerinə yetirirdi.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ