Sizin reklam burada
Sizin reklam burada
  • NBA: Detroit və Los-Anceles klubları seriyada hesabı bərabərləşdiriblər

    ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) pley-off mərhələsinin növbəti oyunları keçirilib.

    Ötən gecə iki qarşılaşma təşkil olunub.

    İlk matçda səfərdə rəqiblərinə məğlub olan “Detroit Pistons” və “Los-Anceles Klippers” doğma meydanda ümumi hesabı bərabərləşdirib. Detroit təmsilçisi “Nyu-York Niks”ə 100:94, Los-Anceles klubu “Denver Naqqets”ə 105:102 hesabı ilə qalib gəlib.

    Pley-off mərhələsinin üçüncü qarşılaşmaları aprelin 25-də təşkil olunacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ