Sizin reklam burada
Sizin reklam burada
  • Kilian Mbappenin “Barselona” ilə final matçında oynayıb-oynamayacağı bəlli olub

    "Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya Kral Kubokunda "Barselona"ya qarşı final oyununda meydana çıxacaq.

    Sağ topuq nahiyəsində yüngül zədəsi olan fransalı hücumçu, demək olar ki, oynamağa hazırdır. O, hətta aprelin 23-də La Liqanın XXXIII turunun “Xetafe” ilə matçında da forma geyinə bilər. Futbolçu zədə səbəbindən XXXII turda "Atletik"lə qarşılaşmanı (1:0) buraxıb.

    Mbappe bu mövsüm “kral klubu”nun heyətində bütün turnirlərdə 50 oyun keçirib, 33 qol vurub və 5 məhsuldar ötürmə edib.

    Qeyd edək ki, İspaniya Kral Kubokunda final oyunu aprelin 26-da Sevilya şəhərində keçiriləcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ