Sizin reklam burada
Sizin reklam burada
  • Çempionlar Liqası: "Barselona" və PSJ yarımfinala yüksəlib

    UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

    İlk oyun günündə iki qarşılaşma təşkil olunub.

    İspaniyanın “Barselona” komandası Almaniyada “Borussiya Dortmund”un, Fransanın PSJ klubu isə İngiltərədə “Aston Villa”nın qonağı olub. "Barselona" və PSJ cavab görüşlərində məğlub olsalar da, ilk oyundakı nəticələrə əsasən, yarımfinala yüksəlib.

    UEFA Çempionlar Liqası

    1/4 final, cavab oyunları

    23:00. “Borussiya Dortmund” (Almaniya) - “Barselona” (İspaniya) - 3:1

    İlk oyun - 0:4.

    23:00. “Aston Villa” (İngiltərə) - PSJ (Fransa) - 3:2

    İlk oyun - 1:3.

    Qeyd edək ki, bu raundun digər cavab matçları aprelin 16-da keçiriləcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ