Bu sözləri Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarının taekvondo yarışında qızıl medal qazanan Azərbaycan təmsilçisi Rüqəyya Əliyeva deyib.
33 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı çəkdiyi əziyyətin bəhrəsini gördüyünü bildirib: “Beynəlxalq yarışda qızıl medal qazanmaq, eləcə də fəxri kürsüdə yer almaq gözəl duyğudur. Buna görə məşqçilərimə təşəkkür edirəm. Qələbəni xalqıma həsr edirəm. Uğurumu dünya və Avropa çempionatlarında da davam etdirmək istəyirəm”.
Qeyd edək ki, Rüqəyya Əliyeva finalda braziliyalı Maria Heloisa de Almeydaya qalib gələrək qızıl medal qazanıb.
