Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan boksçuları “Strandja” beynəlxalq turnirini 4 medalla başa vurublar

    Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq “Strandja” turnirinə yekun vurulub.

    Boks Federasiyasından verilən məlumata görə, Azərbaycan millisi yarışı 2 gümüş və 2 bürünc medalla başa vurub.

    Yığmanın heyətində Zəlimxan Süleymanov (57 kiloqram) və Zaur Qəhrəmanov (67 kiloqram) ikinci yeri tutublar. Nicat Hüseynovla (51 kiloqram) Nəbi İsgəndərov (67 kiloqram) isə turniri bürünc medalla başa vurublar.
    Azərbaycan millisi bu göstərici ilə komanda hesabında 5-ci yeri tutub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ