Galatasaray-ın ulduz futbolçusu Mauro İkardi və həyat yoldaşı Vanda Nara-nın boşanma prosesi davam edir.
Xarici KİV-ə istinadən xəbər veririk ki, ilk məhkəmə iclası 11 mart 2025-ci ildə keçiriləcək. Cütlük İstanbulda yenidən bir araya gəlib və İkardinin davranışı meydan oxuma kimi qiymətləndirilib.
Mauro İkardi və Vanda Nara-nın münasibəti hər zaman medianın diqqət mərkəzində olub. İkardi, keçmiş komanda yoldaşı Maksi Lopezin keçmiş həyat yoldaşı olan Vanda Nara ilə 2014-cü ildə evlənib. O dövrdə İtaliyada oynayan İkardinin bu münasibəti ölkədə gündəm olmuşdu.
2014-cü ildə evlənən cütlüyün boşanma məhkəməsi ilk olaraq 11 mart tarixində keçiriləcək. Qəyyumluq mövzusunda anlaşmazlıq yaşayan İkardi və Nara-nın iki qızı var: Franseska İkardi Nara (19 yanvar 2015 doğumlu) və İzabella İkardi Nara (27 oktyabr 2016 doğumlu).
Keçən il boşanma prosesinə girən cütlük yeni münasibətlərə başlayıb. Vanda Nara reper L-Gante ilə, İkardi isə China Suarez ilə birlikdə olduğunu elan edib.
Evindən fotoşəkil paylaşan İkardi, sürpriz bir kadr da yayımlayıb. İkardi, yeni sevgilisi China Suarez ilə İstanbulda olub.
Vanda Nara isə İstanbuldan etdiyi paylaşımla jet lag olduğunu bildirib. Hava limanında maraqla qarşılanan Nara, derbi matçına gəlməyəcəyini deyib.
Instagram hesabından paylaşım edən Nara, "Ən sevdiyim şəhərlərdən birinə səyahət edirəm." yazıb.
2022-ci ildə Galatasaray-a transfer olan İkardi ilə həyatlarına daha çox daxil olduğumuz cütlüyün yolları yenidən İstanbulda kəsişib.
