Sizin reklam burada
Sizin reklam burada
  • Avropa Liqası: "Qalatasaray" çətin sınaq qarşısında, "Fənərbağça" 1/8 finalın bir addımlığında

    Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
    Türkiyə təmsilçilərindən “Qalatasaray” doğma meydanda Niderlandın “AZ Alkmaar” klubunu qəbul edəcək, "Fənərbağça" isə Belçikada "Anderlext"in qonağı olacaq. İlk oyunda 1:4 hesabı ilə uduzan “cim-bom”un 1/8 final şansları elə də yüksək qiymətləndirilmir. Evdə rəqibini 3 cavabsız qolla məğlub edən “Fənərbağça” isə növbəti mərhələnin bir addımlığındadır.
    UEFA Avropa Liqası
    Pley-off mərhələsi, cavab oyunları
    20 fevral
    21:45. "Roma" (İtaliya) - "Portu" (Portuqaliya)
    İlk oyun - 1:1
    21:45. FKSB (Rumıniya) - PAOK (Yunanıstan)
    İlk oyun - 2:1
    21:45. "Qalatasaray" (Türkiyə) - "AZ Alkmaar" (Niderland)
    İlk oyun - 1:4
    21:45. "Budyo-Qlimt" (Norveç) - "Tvente" (Niderland)
    İlk oyun - 1:2
    00:00. "Real Sosyedad" (İspaniya) - "Midtüllann" (Danimarka)
    İlk oyun - 2:1
    00:00. "Anderlext" (Belçika) - "Fənərbağça" (Türkiyə)
    İlk oyun - 0:3
    00:00. "Ayaks" (Niderland) - "Union" (Belçika)
    İlk oyun - 2:0
    00:00. "Viktoriya Plzen" (Çexiya) - "Ferentsvaroş" (Macarıstan)
    İlk oyun - 0:1.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ