Sizin reklam burada
Sizin reklam burada
  • Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib.

    MOK-un IX Hesabat-seçki baş məclisində dövlətimizin başçısı yekdilliklə növbəti 4 il müddətinə qurumun rəhbəri seçilib.Cənab İlham Əliyevin yenidən Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi münasibətilə səmimi təbriklərimizi çatdırırıq! Bu mühüm qərar, onun ölkə idmanının inkişafına verdiyi töhfələrin və Azərbaycan idmanının beynəlxalq arenada qazandığı uğurların yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.
    Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan idmanı yeni zirvələr fəth etmiş, idmançılarımız dünya miqyasında böyük uğurlara imza atmışdır. Onun idman sahəsinə olan xüsusi diqqəti və dəstəyi ölkəmizi idman mərkəzlərindən birinə çevirmişdir. Əminik ki, bundan sonra da Milli Olimpiya Komitəsinin rəhbərliyi altında Azərbaycan idmanı daha böyük nailiyyətlər əldə edəcək.
    Bu münasibətlə Azərbaycan Karate Federasiyası adından Cənab İlham Əliyevə möhkəm cansağlığı, yeni uğurlar və Azərbaycanın idman sahəsində davamlı inkişafını arzulayırıq!

    Ülvi Quliyev
    Milli Məclisin deputatı



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ