Sizin reklam burada
Sizin reklam burada
  • Basketbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start verilir

    Bu gün basketbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start veriləcək.
    1/8 final mərhələsinin ilk oyun günündə 2 qarşılaşma təşkil olunacaq.
    “Lənkəran” doğma meydanda NTD-ni qəbul edəcək. Lənkəran Olimpiya İdman Kompleksində (OİK) keçiriləcək görüş saat 14:00-da başlayacaq.
    “Quba” isə səfərdə “Abşeron”un qonağı olacaq. Abşeron OİK-də oynanılacaq matç saat 19:00-da start götürəcək.
    Qeyd edək ki, 1/8 final mərhələsinə yanvarın 29-da yekun vurulacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ