Sizin reklam burada
Sizin reklam burada
  • Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun ikinci gününə yekun vurulub

    "Şahdağ" Turizm Mərkəzində keçirilən Xizək Alpinizmi üzrə Dünya Kubokunun ikinci günü başa çatıb.
    İdmançılar yarışın vertikal növü üzrə mübarizə aparıblar. Yer tutmuş idmançıları təqdim edirik:
    Qadınlar arasında:
    I yer: Aksel Qaçet-Mollaret - Fransa
    II yer: Yohanna Hiymer - Avstriya
    III yer: Emili Harrop - Fransa
    Kişilər arasında:
    I yer: Remi Bonnet - İsveçrə
    II yer: Kristof Hochenvarter - Avstriya
    III yer: Maksimliyen Drion - Belçika
    Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab olunur. Yarış Gənclər və İdman Nazirliyinin dəstəyi, Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və Şahdağ Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Turnirdə Fərdi Neytral İdmançılar (AİN) olmaqla 26 ölkədən 130-a yaxın atlet iştirak edir. İdmançılar yanvarın 13-də individual növ üzrə mübarizə aparacaqlar.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ