Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan kubokunda son 1/4 finalçılar müəyyənləşir

    Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
    Trend xəbər verir ki, bununla da son 1/4 finalçının adına aydınlıq gələcək.
    "Qəbələ" öz meydanında kubokun son qalibi "Qarabağ"la qarşılaşacaq. Bu cütün qalibi 1/4 finalda “Səbail”ə rəqib olacaq.
    "Kəpəz" Tovuz şəhər stadionunda "İmişli" ilə oynayacaq. Duelin güclüsü növbəti mərhələdə "Neftçi” - “Difai” cütünün qalibi ilə qarşılaşacaq.
    Bu günkü “Zirə” – “Şamaxı” görüşünün qalibi 1/4 finalda “Araz-Naxçıvan”la üz-üzə gələcək.
    “Sumqayıt” isə MOİK-i qəbul edəcək. Duelin qalibi isə 1/4 finalda "Sabah"la oynayacaq.
    Qeyd edək ki, 1/8 final qarşılaşmaları 1 matçdan ibarətdir.
    4 dekabr
    16:00. “Qəbələ” – “Qarabağ”
    Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Kərim Zeynalov, Rəvan Həmzəzadə
    Qəbələ şəhər stadionu
    16:00. “Kəpəz” – “İmişli”
    Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Zöhrab Abbasov, Ruslan Quliyev
    VAR: İnqilab Məmmədov
    AVAR: Namik Hüseynov
    Tovuz şəhər stadionu
    18:00. “Neftçi” – “Difai”
    Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
    №Neftçi Arena"
    19:00. “Zirə” – “Şamaxı”
    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
    VAR: Fərid Hacıyev
    AVAR: Vüsal Məmmədov
    Zirə İK stadionu
    19:00. “Sumqayıt” – MOİK
    Hakimlər: Rauf Allahverdiyev, Asiman Əzizli, Teymur Teymurov, Kamran Əliyev
    M.Hüseynzadə adına stadion.
    3 dekabr
    “Turan Tovuz” - “Sabah” - 2:2 (Penaltilər seriyasında 1:3)
    “Araz-Naxçıvan” - “Mingəçevir” - 3:1
    “Qaradağ Lökbatan” - “Səbail” - 0:2
    1/4 finalda qarşılaşacaqlar
    “Araz-Naxçıvan” / “Zirə” - “Şamaxı” cütünün qalibi
    “Səbail” / “Qəbələ” - “Qarabağ” cütünün qalibi
    “Kəpəz” - “İmişli” cütünün qalibi / "Neftçi” - “Difai” cütünün qalibi
    “Sabah” / “Sumqayıt” - MOİK cütünün qalibi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ