Sizin reklam burada
Sizin reklam burada
  • Avro-2024: Bu gün Türkiyə millisi 1/4 finalda Niderland komandası ilə qarşılaşacaq

    Bu gün Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulacaq.
    Günün ilk oyunu İngiltərə və İsveçrə yığmaları arasında keçiriləcək. Düsseldorf şəhərinin “Esprit Arena”sında oynanılacaq görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.
    Digər matçda Niderland ilə Türkiyə komandaları üz-üzə gələcək. Berlində yerləşən Olimpiya stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.
    Qeyd edək ki, daha əvvəl yarımfinala vəsiqə qazanan İspaniya və Fransa seçmələri bir-birlərinə rəqib olublar. Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ