Sizin reklam burada
Sizin reklam burada
  • AVRO-2024: İspaniyadan vacib qələbə, Norveç və Albaniya 3 xalı darmadağınla qazanıb

    AVRO-2024-ün seçmə mərhələsində VII turun matçlarına start verilib.
    İlk oyun günündə səkkiz qarşılaşma keçirilib.
    A qrupunda Şotlandiya millisi səfərdə İspaniyaya, Kipr seçməsi evdə Norveçə uduzub.
    D qrupunda Latviya Ermənistanı, Türkiyə seçməsi Xorvatiyanı məğlub edib. Yeri gəlmişkən, “ay-ulduzlular” yeni baş məşqçi Vinçentso Montellonun rəhbərliyi altında ilk matçını qələbə ilə başa vurub.
    E qrupunda Albaniya Çexiyanı darmadağın edib. Polşa isə səfərdə Farer adalarından üstün olub.
    Nəhayət, İ qrupunda Kosovo Andorranın qapısından 3 cavabsız top keçirib. Rumıniya isə Estoniyanın müqavimətini qıra bilməyib. Bu qrupun İsrail – İsveçrə oyunu hərbi vəziyyətlə əlaqədar təxirə salınıb.
    AVRO-2024-ün seçmə mərhələsi
    VII tur
    12 oktyabr
    A qrupu
    22:45. Kipr – Norveç - 0:4
    22:45. İspaniya – Şotlandiya - 2:0
    Xal durumu: Şotlandiya – 15 xal (6 oyun), İspaniya – 12 (5), Norveç – 10 (6), Gürcüstan – 4 (5), Kipr – 0 (6)
    D qrupu
    20:00. Latviya – Ermənistan - 2:0
    22:45. Xorvatiya – Türkiyə - 0:1
    Xal durumu: Türkiyə - 13 (6), Xorvatiya – 10 (5), Ermənistan – 7 (6), Uels – 7 (5), Latviya – 3 (6)
    E qrupu
    22:45. Albaniya – Çexiya - 3:0
    22:45. Farer adaları – Polşa - 0:2
    Xal durumu: Albaniya – 13 (6), Polşa - 9 (6), Çexiya – 8 (5), Moldova – 8 (5), Farer adaları – 1 (6)
    İ qrupu
    22:45. Andorra – Kosovo - 0:2
    22:45. Belarus – Rumıniya - 0:0
    Xal durumu: İsveçrə - 14 (6), Rumıniya – 13 (7), İsrail – 11 (6), Kosovo – 7 (7), Belarus – 5 (7), Andorra – 2 (7)

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ