Güləşçimiz erməni rəqibinə qalib gələrək, yarımfinala yüksəldi
İdman
23-09-2023, 20:10
234
Atributinfo.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında ermənistanlı rəqibinə qalib gəlib. 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda Qraçya Poqosyanı məğlub edib. Rəqibini 3:1 hesabı ilə üstələyən 28 yaşlı pəhləvanımız yarımfinala adlayıb.