Klubun mətbuat xidmətindən verilən məlumata görə, ispaniyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
26 yaşlı oyunçu 2021-ci ilin yayında Ağdam təmsilçisi ilə 3 illik sözləşmə imzalamışdı.
Qeyd edək ki, Qaspar Panadero zədə səbəbindən uzun müddət komandaya kömək edə bilməyib. Daha sonra heyətə düşməkdə çətinlik çəkən futbolçu əvəzedici komandaya göndərilib.
/atributinfo.az/
