Sizin reklam burada
Sizin reklam burada
  • "İrəvan" FK tanınmış futbolçuları transer etməkdədir

    “İrəvan” FK növbəti transferini də reallaşdırdı.Belə ki "İrəvan" Futbol Klubuna dəvət olunan Belaruslu qapıçı Andrey Sinenkonun Heydər Əliyev adına hava limanlnda qarşılanma mərasimi olub."- Bunu "atributinfo.az"-a aciqlamasında
    "İrəvan " FK -nın Mətbuat Xidmətinin rəhbəri Mübariz Ağaxan oğlu Süleymanlı deyib. O, əlavə edib ki,
    Belaruslu qonağı qarşılayanlar sırasında "İrəvan " FK -nın İdarə Heyətinin sədri ,klubun 1-ci vitse-prezidenti Zülfüqar Kazımov və "İrəvan " FK-nın prezidenti Zahid Niyazəliyev də olub.
    "Bir il ərzində “ağ-qırmızılar”ın qapısını qoruyacaq məşhur qapıçı 191 sm boya malik olan 26 yaşlı qolkiperin son klubu vətənində “Dinamo Minsk” olub.
    1-ci Liqada mübarizə aparacaq "İrəvan" komandası səviyyəli futbolçular transfer etməklə heyətini güclləndirməkdədir.
    Xarırladaq ki,2023/2024-cü illər mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçiriləcək. Reqlamentə görə, I Divizionda 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq."- Mübariz Süleymalı bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ