Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə növbəti mərhələyə keçiblər

    Atributinfo.az xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında Azərbaycan üzgüçüləri növbəti mərhələyə keçiblər.
    100 metr sərbəst üzmə üsulunda ölkəmizi təmsil edən üzgüçümüz Fatimə Alkərəmova 11-ci yer tutaraq yarımfinala yüksəlib.
    Digər idmançımız Ramil Vəlizadə 100 metr məsafəyə butterfly üsulla üzərək 40 idmançı arasında altıncı yeri tutub. Bununla da o, növbəti mərhələyə keçərək yarımfinala yüksəlib.
    Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
    Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ