Basketbol üzrə U-16 millimiz Avropa çempionatında gümüş medal əldə edib
İdman
28-07-2023, 16:42
170
Atributinfo.az xəbər verir ki, On altı yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa çempionatının C divizionunda final oyununa çıxıb. Yığmamız həlledici görüşdə Kipr seçməsi ilə qarşılaşıb. Rəqibinə 75:78 hesabı ilə məğlub olan Azərbaycan millisi gümüş medalla kifayətlənib.