Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" klubu moldova təmsilçisilə üz-üzə gəlib

    Atributinfo.az xəbər verir ki, Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" klubu ilk yoxlama oyununu keçirib.
    Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Moldova təmsilçisi “Sukleya” ilə üz-üzə gəlib.
    "Termal otel"in məşq bazasında baş tutan qarşılaşma "qırmızı-qaralar"ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan təmsilçisindən qolları İlkin Qırtımov, Murad Musayev, Omar Hani və yeni transfer Osama Xalayla vurublar.
    Qeyd edək ki, "Qəbələ" qonşu ölkədə daha iki görüş keçirəcək.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ