Bu barədə türkiyəli jurnalist Ertan Süzgün özünün tviter səhifəsində paylaşım edib.
O, bildirib ki, kolumbiyalı futbolçu "Ağdam" klubunun iyulun 11-də Cəbəllütariqdə "Linkoln"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra Qara dəniz təmsilçisinin düşərgəsinə qoşulacaq.
30 yaşlı futbolçu İstanbulda tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, Kevin Medina 2020-ci ildən "Qarabağ"da çıxış edir.
/atributinfo.az/
