Bu barədə "Footmercato" agentliyi məlumat yayıb.
İngiltərə klubu hələ futbolçunun transferi ilə bağlı parislilərə rəsmi təklif irəli sürməsə də, artıq bir neçə aydır ki, futbolçunun Liqa 1 komandasındakı mövqeyi ilə bağlı vəziyyəti diqqətlə izləyirlər.
Daha əvvəl bildirilmişdi ki, PSJ klubunu cari mövsümün sonunda genişmiqyaslı dəyişikliklər gözləyir. Klub rəhbərliyi 35 yaşlı argentinalının xidmətindən imtina edərək, Kilian Mabppe - Lionel Messi - Neymar hücum üçlüyünü dağıtmağa hazırdır.
