Sizin reklam burada
Sizin reklam burada
  • Formula 1 Azərbaycan Qran Prisi üçün bilet vauçerlərinin elektron biletlə dəyişdirilməsinə başlanılıb

    2023-ci il Formula 1 Azərbaycan Qran Prisinə bilet alan şəxslər artıq əldə olunan vauçerləri elektron biletlərə dəyişə bilərlər. Vauçerlərin dəyişdirilməsi prosesi aprel ayının 6-sından etibarən başlayacaq.
    Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, vcauçerləri əldə etmiş bilet sahibləri www.bakucitycircuit.com veb səhifəsindən şəxsi hesablarına daxil olaraq elektron bileti yükləyə bilərlər. Qeyd edək ki, bu ilki yarışlar üçün ancaq elektron biletlər nəzərdə tutulmuşdur.
    Biletlərini kassadan əldə edən və yalnız vauçer üzərində adı qeyd edilən şəxslər aşağıdakı satış məntəqələrinə yaxınlaşaraq vauçerləri və şəxsiyyət vəsiqələrini təqdim etməklə onları elektron biletə dəyişə bilər.
    Qeyd edək ki, yarış və əyləncə zonasına vauçerlə giriş qeyri-mümkündür.
    Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) builki yarışa bilet almış hər bir şəxsə mübadilə prosesini gecikdirməməyi tövsiyə edir. Xatırladaq ki, hazırda bilet satışı şəhərin kassalarında və eləcə də onlayn formada davam edir.
    Azarkeşlər biletlər və tribunalar ilə bağlı ətraflı məlumat üçün www.bakucitycircuit.com veb səhifəsini ziyarət edə və ya BŞH-nın mobil tətbiq etməsini də yükləyərək son yeniliklərdən xəbərdar ola bilərlər.
    Həmçinin, məlum olduğu kimi, elektron biletin üzərində barkod mövcuddur. Tədbirə bir bilet ilə yalnız bir tamaşaçı daxil ola bilər. Eyni biletin birdən çox nüsxəsi təqdim olunduqda yalnız ilk skan olunmuş bilet etibarlı hesab ediləcək. Bu baxımdan azarkeşlərin bilet üzərindəki məlumatları məxfi saxlaması vacibdir.
    Əlavə məlumat və suallar üçün *6003 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ