Sizin reklam burada
Sizin reklam burada

“Qarabağ” bir pillə irəlilədi

“Qarabağ” bir pillə irəlilədi Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda qitənin 435 komandası yer alıb.
Cədvələ Azərbaycanın üç klubu daxil edilib. Ölkəmizin ən yaxşı təmsilçisi “Qarabağ”dır.
Qurban Qurbanovun yetirmələri “Top-100”də qərarlaşıb. Ağdamlılar 214 xalla qitədə 84-cüdür. Ötən cədvəllə müqayisədə aktivini 10 xal artıran Premyer Liqanın lideri bir addım irəliləyib.
Digər iki klubumuz üçüncü “100-lük”dədir. 30 xala malik “Neftçi” 243-cü yerdə qalıbsa, 10 xal geridə olan “Qəbələ” 289-cu sıraya enib. Premyer Liqanın turnir cədvəlində ikinci olan təmsilçimiz bir addım geriləyib.
Qeyd edək ki, siyahıya 2210 xalla “Real” başçılıq edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ