Federasiya ilə tanışlıq zamanı nazir idmançıların məşq prosesini izləmiş, qadın və kişi cüdoçularla görüşərək söhbətlər aparmış, onlar üçün yaradılmış şəraitlə tanış olmuşdur. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, vitse-prezident, Olimpiya çempionu Elnur Məmmədli və federasiyanın baş katibi Elmar Babanlı nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarşlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat vermişlər. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılmışdır.
Daha sonra nazir Fərid Qayıbov Bakı Olimpiya Stadionuna baxış keçirmişdir. Stadionun direktoru Cavid Qarayev naziri stadionla tanış etmiş, yaxın vaxtlarda təşkil ediləcək tədbirlər, hazırlığın gedişi barədə naziri məlumatlandırmışdır.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müşaviri, professor
