Apasport.az saytının məlumatına görə, İngiltərənin “Norviç” klubu müdafiəçisini La Liqa klubuna buraxmaqdan imtina edib.
Kataloniya təmsilçisi 20 yaşlı futbolçu üçün bonuslardan əlavə 20 milyon funt-sterlinq ödəməyə hazır olsa da, istəyi baş tutmayıb. “Barselona”ya keçidi baş tutmayan müdafiəçi digər Avropa nəhənglərinin də maraq dairəsindədir.
Onlar arasında Almaniya “Bavariya”sı da var.
